HomeFix.az
EV İŞLƏRİNİ BİZƏ BURAXINBir problem. Bir mesaj. Bir həll.

Evdə nə xarab olub?

Usta və fəhlə xidmətləri 5 AZN-dən başlayır. Şəkil, video, zəng və ya görüntülü danışıqla işi dəqiqləşdiririk. İşə başlamazdan əvvəl yekun sabit qiyməti bildiririk.

HomeFix / evə qayğı

Evdə hər şey
qaydasında olsun.

Uyğun ustanı tap
Kiçik problem, rahat həll.

Axtar. Əlaqə saxla. Rahat ol.

HARADAN BAŞLAYAQ?

Problemi kateqoriyadan tap

Bütün xidmətlər

Santexnika

Hamam və mətbəxdə kran, su sızması, sifon və unitaz işləri

39 xidmət

Elektrik

Rozetka, işıq və elektrik problemləri

18 xidmət

Qapı və kilid

Kilid, dəstək və bağlanmayan qapılar

14 xidmət

Kondisioner

Soyutma, təmizləmə və quraşdırma

12 xidmət

Məişət texnikası və bağlantılar

Texnikanın quraşdırılması və bağlantıları

12 xidmət

Divara quraşdırma

TV, rəf, güzgü və karniz

11 xidmət

Mebel və xırda təmir

Mebel, silikon və evdə xırda işlər

12 xidmət

Pəncərə və balkon

Pəncərə, dəstək və mexanizmlər

8 xidmət

Kosmetik işlər

Oboy, boya, plintus, paduqa və döşəmə işləri

23 xidmət

Kamera və təhlükəsizlik sistemləri

Müşahidə kameraları, video domofon, siqnalizasiya və girişə nəzarət sistemlərinin quraşdırılması, sazlanması və nasazlıqlarının yoxlanması

10 xidmət

Ünvanda kompüter və Wi-Fi xidməti

Ev və ofisinizə gələrək kompüter, noutbuk, Wi-Fi və printer problemlərinə yerində kömək edirik. Görüləcək işi, xidmət imkanını və ünvana gəlmə haqqını əvvəlcədən razılaşdırırıq

6 xidmət

Bağban və bağa qulluq

Ağac və kol budanması, əkin, qazon salınması və qulluğu, suvarma sistemləri və bağa dövri qulluq

9 xidmət

Dərmanlama və zərərvericilərə qarşı mübarizə

Ev, həyət və bağlarda həşəratlara və gəmiricilərə qarşı mübarizə, həmçinin ilanların uzaqlaşdırılması üçün müraciət edin. İş üsulu əraziyə və problemin növünə görə seçilir. Bakı, Sumqayıt, Xırdalan, Masazır və Abşeron üzrə ünvana baxış, hazırlıq, təkrar işlənmə ehtiyacı və qiymət əvvəlcədən dəqiqləşdirilir

8 xidmət

Televizor, krosna və TV Box

Televizorun qoşulması və divara quraşdırılması, krosna antenası və peyk qəbuledicisinin sazlanması, TV Box və Smart TV bağlantıları üzrə Bakı və Abşeronda ünvanda xidmət

11 xidmət

TANIŞ GƏLİR?

Ən çox rast gəlinən problemlər

Problemi seçin, birbaşa bizə yazın.

Hamamda, mətbəxdə və ya boru ətrafında su yığılır?

10 AZN-dən

İşlərimiz

Gördüyümüz işlərə baxın.

İşlərimiz

Qabyuyan maşının dəyişdirilməsi və su bağlantılarının yenilənməsi

Köhnə qabyuyan maşın yerindən sökülərək çıxarıldı, yeni qabyuyan maşın quraşdırıldı. Mətbəx çanağının altındakı su xəttinin birləşdirici hissələri yeniləndi, cihazın su girişi və su axıdılması bağlantıları qoşuldu. Montajdan sonra birləşmə yerləri su sızmasına qarşı yoxlanıldı. Görüntülərdə qabyuyanın su giriş şlanqı, su xəttinin paylayıcı birləşdiricisi və kranlar görünür. Paylaşımda montaj və bağlantı işlərinin real görüntüləri təqdim olunur.

Qaz xətti və kombinin yerləşməsində uyğunsuzluqların aradan qaldırılması

Müştərinin qaz xəttində layihədən kənara çıxıldığı müəyyən edildi: layihədə nəzərdə tutulan 20-lik boru əvəzinə 15-lik boru çəkilmişdi. Daxildə yerləşdirilmiş kombi çölə çıxarıldı, qaz sızmasını aşkar etmək üçün detektorlar quraşdırıldı. Görülmüş iş sahibinə təhvil verildi. Oxşar işlə bağlı müraciət etmək üçün zəng edin və ya WhatsApp-da bizə yazın.

Duş şlanqının dəyişdirilməsi və birləşmələrdə sızmanın aradan qaldırılması

Müştərinin bildirdiyinə görə, yüksək su təzyiqindən sonra duş şlanqında və birləşmə yerlərində sızma yaranmışdı. Yaxınlıqdakı usta tərəfindən şlanq dəyişdirildi, birləşmələr sökülərək uyğun material ilə yenidən bərkidildi. Videoda təmirdən əvvəlki sızma görünür. Duş şlanqı və su birləşmələrində oxşar problem varsa, zəng edin və ya WhatsApp-da yazın; işin həcmini və qiyməti əvvəlcədən dəqiqləşdirək.

ÇƏTİNLƏŞDİRMƏYƏK

Həllə üç sadə addım.

01

Problemi tap

Yazın, seçin və ya şəklini göndərin.

02

Bizimlə əlaqə saxla

Problemi və uyğun vaxtı danışaq.

03

Problemi həll edək

İş və qiymət razılaşdırılsın, usta gəlsin.

Əliniz iş tutur?

Usta və ya fəhlə kimi HomeFix-ə qoşulun. Birlikdə ev işlərini asanlaşdıraq.

Usta və ya fəhlə kimi qoşul

HOMEFIX USTA · ANDROID

Saytdan gələn iş, ustanın cibində.

Müştəri saytdan müraciət edir, koordinator işi dəqiqləşdirir, usta tətbiqdən qəbul edib gedişatı bildirir. HomeFix Usta yalnız komandamızdakı təsdiqlənmiş ustalar üçündür.

Usta tətbiqi ilə tanış ol

BİLMƏK YAXŞIDIR

Sualınız qaldı?

Ən çox verilən suallara qısa cavablar.

Ustanı necə çağırım?

Problemi seçib WhatsApp-da yazın, Telegram-dan müraciət edin və ya zəng edin. Şəkil və video da göndərə bilərsiniz.

Qiymət necə müəyyən olunur?

Usta və fəhlə xidmətləri 5 AZN-dən başlayır. Şəkil, video, zəng və ya görüntülü danışıq vasitəsilə görüləcək işin həcmini dəqiqləşdiririk. İşə başlamazdan əvvəl yekun sabit qiyməti bildiririk və sizinlə razılaşdırırıq. Əlavə işə ehtiyac yaranarsa, onun qiyməti də əvvəlcədən razılaşdırılır.

Material qiymətə daxildirmi?

Material və ehtiyat hissələrinin lazım olub-olmadığı, eləcə də onların qiyməti ayrıca razılaşdırılır.

Hansı ərazilərə xidmət göstərirsiniz?

Bütün xidmətlərimiz Bakı, Sumqayıt, Xırdalan, Masazır və Abşeronun digər qəsəbələri üzrə keçərlidir. Ünvanınızı müraciət zamanı bildirin; xidmətin təşkili, uyğun vaxt və mümkün yol və ya çatdırılma haqqı əvvəlcədən dəqiqləşdirilir.

Usta nə vaxt gələ bilər?

Uyğun vaxt əlaqə zamanı dəqiqləşdirilir. Gəliş vaxtı əraziyə və mövcud imkanlara bağlıdır.

Ödəniş necə edilir?

Ödəniş üsulu əlaqə zamanı razılaşdırılır. Saytda onlayn ödəniş tələb olunmur.

Usta kimi necə qoşula bilərəm?

“Usta ol” səhifəsində müraciəti doldurun və WhatsApp vasitəsilə göndərin. Əməkdaşlıq şərtləri ayrıca müzakirə olunur.

WhatsAppZəng et